Karantin pozulan obyekt
18 oktyabr 2021 11:03 (UTC +04:00)

Karantin pozulan obyekt

Rayondakı restoran sahibi toya görə cərimələndi - FOTO

Göygöldə karantin qaydalarını pozan iaşə obyektləri məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Yoxlamalar zamanı rayon ərazisində fəaliiyət göstərən “Muraz” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Bundan başqa keçirilən monitorinqlər zamanı, rayon ərazisindəki “Flaminqo” restoranının karantin rejim qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərməsi məlum olub. Obyekt sahibi ilə inzibati məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053
avatar

Mehman Nəbiyev

Oxşar yazılar