Qubaya 1 milyondan çox ziyan vuranlara cinayət işi AÇILDI
19 aprel 2022 13:57 (UTC +04:00)

Qubaya 1 milyondan çox ziyan vuranlara cinayət işi AÇILDI

Qubada qum-çınqıl yataqlarını qanunsuz istismar edənlərə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, faktlarla bağlı Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılıb. Nəticədə Quba rayonundakı “Mirzəqışlaq”, “Talıbqışlaq”, “Qaralçay” və “Qudyalçay” qum-çınqıl yataqlarında qanunsuz qum hasilatı nəticəsində təbiətə ümumilikdə 1 milyon 144 min manat ziyanın dəyməsi müəyyən edilib.

Araşdırma gedişatında hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə ayrılmış ərazilərdə və ayrılmış ərazilərdən kənarda hasilat ilə bağlı çoxsaylı hüquq pozuntuları nəticəsində ətraf mühitə ciddi ziyanın vurulmasına dair əsaslı şübhələr müəyyənləşib.

Fakt üzrə Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 5 cinayət işi başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

# 1710
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Şəmkir sakini qohumunu  güllələdi   -YENİLƏNİB

Şəmkir sakini qohumunu güllələdi -YENİLƏNİB

22 may 2024 , 13:42
Sevgilisinə görə ambulansı   oğurladı

Sevgilisinə görə ambulansı oğurladı

22 may 2024 , 13:26
Bakıda və bölgələrdə itkin düşənlər  tapıldı

Bakıda və bölgələrdə itkin düşənlər tapıldı

22 may 2024 , 12:42
Xaçmazda kişi 6 aydır  itkin düşüb

Xaçmazda kişi 6 aydır itkin düşüb

22 may 2024 , 12:26
Rüşvət alan tabor komandiri həbs olundu

Rüşvət alan tabor komandiri həbs olundu

22 may 2024 , 11:56
Ucarda 11 gün əvvəl maşın vuran kişi öldü

Ucarda 11 gün əvvəl maşın vuran kişi öldü

22 may 2024 , 11:47
Azərbaycan onu Qazaxıstana təhvil verdi

Azərbaycan onu Qazaxıstana təhvil verdi

22 may 2024 , 11:12
Bakıda bacıoğlu dayısının evindən 28 minlik  oğurluq etdi

Bakıda bacıoğlu dayısının evindən 28 minlik oğurluq etdi

22 may 2024 , 11:03