Qubada üç maşın toqquşdu,  ölənlər var  - YENİLƏNİB
10 sentyabr 2023 21:57 (UTC +04:00)

Qubada üç maşın toqquşdu, ölənlər var - YENİLƏNİB

Sentyabrın 10-u axşam saatlarında Quba rayonunun Alekseyevka kəndi ərazisində “Mersedes”, “Vaz-2107” və “Niva” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Saat 21:57

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alakseyevka kəndi ərazisində qeydə alınıb.

Qəzada üç maşın toqquşub, hadisədən sonra avtomobillərdən biri alışıb.

İlkin məlumata görə, iki nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3985

Oxşar yazılar