Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, “Opel” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.
İlkin məlumatlara əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.