Qohumlar birləşib  kəndlilərin qoyunlarını oğurladılar
05 iyun 2024 12:23 (UTC +04:00)

Qohumlar birləşib kəndlilərin qoyunlarını oğurladılar

Ağsu rayonunun Rəhimli kəndində gecə saatlarında sakinlərə məxsus tövlələrdən xırdabuynuzlu heyvanlar oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, bu barədə sakinlər polisə müraciətlərində bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törədən Nahid Tahiroğlu və qohumu İnqilab Səlimov saxlanılıb. Onlar oğurladıqları xirdabuynuzlu heyvanları Şamaxı rayonunda satdıqlarını, əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440
avatar

Oxşar yazılar