Qızları mürəbbəli çaya  dəvət edib zorlayan azərbaycanlı tutuldu
04 iyul 2024 17:06 (UTC +04:00)

Qızları mürəbbəli çaya dəvət edib zorlayan azərbaycanlı tutuldu

Sankt-Peterburqda 62 yaşlı azərbaycanlı miqrant onun evinə qonaq getməyə razılaşan qızlara qarşı silsilə zorlamalarda şübhəli bilinir.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, “Pionerskaya” metrostansiyasının yaxınlığındakı avtobus dayanacağında bir qıza yaxınlaşan yaşlı kişi ad günü və əhvalının yüksək olduğunu bildirib. Rus qızın dediyinə görə, həmin kişi mehriban olub, çox gülümsəyib və onu guya çay içməyə gəlməyə inandıra bilib, amma artıq orada ona spirtli içki içməyə və yaxınlıq etmək üçün fürsət axtarmağa başlayıb.

Qız bir neçə dəfə çıxıb getmək istəsə də, kişi, onun sözlərinə görə, onu konyak içməyə məcbur edib, sonra isə soyunduraraq zorlayıb. Sonra "gülümsəyən ad günü olan kişi" onu taksi ilə evə göndərib. Hadisədən sonra rusiyalı xanım polisə ifadə verib.

Digər məlumata görə, oxşar hadisə barədə başqa bir qız danışıb. Həmin kişi “Pionerskaya” metrosunun yaxınlığında ona yaxınlaşıb, onu evinə mürəbbə ilə çay içmək üçün qonaq dəvət edib, lakin qızı inandıra bilməyib.

Polis serial zorlamada şübhəli bilinən şəxsi saxlayıb. Onun əvvəllər qızlara qarşı seksual xarakterli hücumlara görə məhkum olunmuş Azərbaycan əsilli olduğu üzə çıxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənləri araşdırır və digər epizodlar barədə məlumat toplayırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4890
avatar

Oxşar yazılar