Qəbələdə dağlıq ərazidə yanğın məhdudlaşdırılıb
15 avqust 2023 10:45 (UTC +04:00)

Qəbələdə dağlıq ərazidə yanğın məhdudlaşdırılıb

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb.

Lent.az  xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.

Yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1342

Oxşar yazılar