Şri-Lankada qatarda səyahət edərkən selfi çəkmək istəyən rusiyalı turist faciəvi şəkildə ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 53 yaşlı Olqa Perminova adada istirahət edərkən Asiyanın ən gözəl dəmir yoluna minmək istəyib. Bunun üçün Badulla stansiyasına çatıb və Kolombo Fortuna gedən qatara minib.
Qatar məşhur doqquz tağlı körpünün yerləşdiyi Ella şəhərinə yaxınlaşanda qadın şəkil çəkdirmək üçün vaqondan əyilib və tam sürətlə daşa çırpılıb. Zərbənin təsirindən yıxılan qadın başından ağır xəsarətlərlə Badulla xəstəxanasına aparılıb.
Turisti xilas etmək mümkün olmayıb.