"Qanuni oğru"  dələduz   çıxdı
01 mart 2023 13:59 (UTC +04:00)

"Qanuni oğru" dələduz çıxdı

Rusiyanın Altay diyarında bir neçə iş adamına qarşı dələduzluq baş verib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 39 yaşlı kişi səsini dəyişərək əvvəlcədən kimliyini müəyyən etdiyi iş adamlarına zəng vurub. O, “Jora Altayski” ləqəbli “qanuni oğru" olduğunu bildirib. Təcili onun kartına pul göndərməsini tələb edib. Yalançı “qanuni oğru" əks halda iş adamlarını sərt cəzalandıracağını bildirib. Bu hal bir neçə dəfə təkrar olunduqdan sonra biznemenlərdən biri polisə şikayət edib. 

Polis yalançı avtoritetin iznə düşərək onu həbs edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2008

Oxşar yazılar