Qadını 19 il əvvəl öldürən saxlandı
02 aprel 2023 16:42 (UTC +04:00)

Qadını 19 il əvvəl öldürən saxlandı

19 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə şübhəli şəxs ifşa edilib.

Lent.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, Baş Prokurorluğun İstintaq idarəsində digər cinayət işinin istintaqı zamanı istintaqa daxil olmuş məlumat çərçivəsində yeni cinayət faktı aşkarlanıb.

Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü Dursun Nəbiyevin hazırda şəxsiyyəti istintaqa məlum olmayan qadını 2004-cü ildə Ağstafa rayonu, Poylu kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsi və meyiti basdırmasına əsaslı şübhələr müəyyən edilib. Aşkar edilmiş naməlum qadın meyiti ilə bağlı zəruri ekspertizalar təyin olunub.

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Dursun Nəbiyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə qeyd olunan ərazidə yaşayan, həmçinin təxminən 35-40 yaşlarında qadın cinsli itkin düşmüş yaxınları olan şəxslərdən Baş Prokurorluğun “961” nömrəli Çağrı Mərkəzi, (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə (instagram, facebook, telegram, twitter), eləcə də, DİN-in 102 zəng mərkəzinə müraciət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4101

Oxşar yazılar

İrandan Azərbaycana PUA ilə narkotik  keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

29 iyul 2025 , 11:28
Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI:  birinin 8 yaşı var

Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI: birinin 8 yaşı var

29 iyul 2025 , 11:09
Şəkidə DƏHŞƏT:  56 yaşlı kişi qocaları bıçaqladı

Şəkidə DƏHŞƏT: 56 yaşlı kişi qocaları bıçaqladı

29 iyul 2025 , 10:55
Xaçmazda dənizdən meyit tapıldı  - YENİLƏNİB

Xaçmazda dənizdən meyit tapıldı - YENİLƏNİB

29 iyul 2025 , 09:01
Ağstafada yeniyetməni bıçaqladılar

Ağstafada yeniyetməni bıçaqladılar

29 iyul 2025 , 08:37
Zaqatalada məmurun evi yandı

Zaqatalada məmurun evi yandı

29 iyul 2025 , 08:27
Şəmkirdə iki nəfər  bıçaqlandı - YENİLƏNİB

Şəmkirdə iki nəfər bıçaqlandı - YENİLƏNİB

29 iyul 2025 , 08:24
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

29 iyul 2025 , 07:00