Qadın oteldə bıçaqlandı
28 iyun 2022 01:08 (UTC +04:00)

Qadın oteldə bıçaqlandı

Bakının Sabunçu rayonunda qadın bıçaq xəsarətləri alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə otellərdən birində baş verib.

1990-cı il təvəllüdlü Yusufova Rəhimə Telman qızı tanışı ilə oteldə dava edib. Dava zamanı o, bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.
 

# 1767
avatar

Oxşar yazılar