Ələ keçirilən qızıllar
02 iyun 2022 14:55 (UTC +04:00)

Ələ keçirilən qızıllar

Qaçaqmalçılar İrandan Azərbaycana 10 kilo qızıl gətirdi - FOTO

Külli miqdarda qızıl-zinət əşyalarının və tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, iyunun 1-də saat 3:20-də Yardımlı rayonu, Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İrandan Azərbaycana doğru keçməsi müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, ərazi qapadılıb və yerli hüquq mühafizə orqanları məlumatlan­dırılaraq sərhəd pozucularının təqibinə başlanılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri təqib olunaraq yaşadığı evinin həyətyanı sahəsində saxlanılıb. Onun Yardımlı rayonu­, Avaş kənd sakini, 36 yaşlı Quliyev Mehman Valeh oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı M.Quliyev həmkəndlisi 32 yaşlı Mayılov Rahim Abdulla oğlu ilə birgə digər həmkəndlisi Ağayev Nazim İmanali oğlunun sifarişi əsasında İrandan qızıl-zinət əşyaları gətirmək məqsədilə dövlət sərhədini pozmalarını etiraf edib.

M.Quliyevin yaşadığı evə baxış keçirilərkən 10 kiloqram 790 qram qızıla bənzər zinət əşyaları aşkarlanıb, cinayətin digər iştirakçısı R.Mayılovun saxlanılması məqsədilə keçiril­ən axtarış tədbirləri zamanı onun yaşadığı evdən qaçaraq gizlənməsi məlum olub. Polis əməkdaşları ilə birgə R.Mayılovun yaşadığı mənzilə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə İrandan gətirilən 7050 qutu “Marlboro” markalı siqaretlər aşkar oluna­raq götürülüb.

Qaçaqmalın sifarişçisi Avaş kənd sakini 44 yaşlı Ağayev Nazim İmanali oğlu saxlanılıb, R.Mayılovun axtarışı üzrə tədbirlər davam etdirilir.

# 2457
avatar

Mehman Nəbiyev

Oxşar yazılar