Prokurorluğun idarə rəisi 140 milyona  yaxın rüşvətə görə tutuldu
23 may 2024 17:50 (UTC +04:00)

Prokurorluğun idarə rəisi 140 milyona yaxın rüşvətə görə tutuldu

Rusiya tarixində ən böyük rüşvət işi məhkəməyə göndərilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Moskvanın Tverskoy rayonu üzrə İstintaq Komitəsinin istintaq idarəsinin keçmiş rəisi, 35 yaşlı ədliyyə mayoru Marat Tambiyev 1 milyon yarım dollardan çox və 2718 bitkoin, yəni 7.3 milyard rubl (təxminən 137 milyon 240 min manat) rüşvət almaqda ittiham olunur. Bundan əlavə, müstəntiqlərin fikrincə, o, daha 1,3 milyon dollarla varlanmağa cəhd edib. O, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

İstintaq Komitəsinin məlumatına görə, ədliyyə mayorunun şəriki keçmiş müstəntiq, baş leytenant, 27 yaşlı Kristina Lyaxovenko olub. O, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət işi üzrə sübutları saxtalaşdırmaqda təqsirli bilinir.

Tambiyev və Lyaxovenkonun işinə Moskva yaxınlığındakı Balaşixa məhkəməsi baxacaq. Əvvəlcə məhkəmənin Moskvada keçiriləcəyi güman edilirdi, lakin Ali Məhkəmə Baş Prokurorluğun tələbi ilə ərazi yurisdiksiyasını dəyişdirərək, Tambiyevin işlədiyi müddətdə paytaxtın məhkəmə sistemində əlaqələr əldə etməsi ilə bağlı arqumentlərlə razılaşıb.

İş materiallarına görə, müstəntiq 2022-ci ilin aprelində “Infraud Organization” haker qrupunun üzvlərindən hakerlərin aktivlərini ələ keçirməyəcəyinə dair vəd qarşılığında rüşvət alıb. Tambievin kompüterində “Pensiya” adlı qovluqda bitkoinlər tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12223

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15