Polisin yanında özünü bıçaqladı -  AZƏRBAYCANDA
10 fevral 2022 10:25 (UTC +04:00)

Polisin yanında özünü bıçaqladı - AZƏRBAYCANDA

Salyanda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Salyan rayon Polis Şöbəsinə fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gələn naməlum şəxsin oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək  2000 manat pul tələb etməsi və ona xəsarət yetirməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları müvafiq tədbirlər keçirib.

A.Cəfərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılıb. Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirib.

Dərhal polis əməkdaşları onu xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4023
avatar

Mehman Nəbiyev

Oxşar yazılar