Poliqonda PARTLAYIŞ:  12 həbrçi öldü
30 noyabr 2023 18:23 (UTC +04:00)

Poliqonda PARTLAYIŞ: 12 həbrçi öldü

Rostov vilayətindəki Kuzminski hərbi poliqonunda partlayış baş verib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 12 dəniz piyadası həlak olub. Faktla bağlı İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.

Ölənlər Primorsk diyarından olan hərbçilərdir. Bu məlumatı üç mənbə (hüquq-mühafizə orqanlarında, orduda və istintaq orqanlarında) təsdiqləyib.

İlkin səbəb kimi silah-sursat bloklarının yanında  tonqal yandırılan zamanı yanğın təhlükəsizlik tədbirlərinə əməl olunmaması göstərilir. Bildirilib ki, RPG-7 qumbaraatan mərmisi tonqala tərəf yuvarlanıb və partlayıb. Nəticədə 8 nəfər yerindəcə ölüb, daha səkkiz nəfər yaralanıb. Ağır yaralanan 4 əsgər xəstəxanada dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588
avatar

Oxşar yazılar