Ordubadda bir ailə qəzaya düşdü, 9 yaşlı uşaqlar... -FOTOLENT  -VİDEO  -YENİLƏNİB
20 mart 2025 14:23 (UTC +04:00)

Ordubadda bir ailə qəzaya düşdü, 9 yaşlı uşaqlar... -FOTOLENT -VİDEO -YENİLƏNİB

Xəbərə video əlavə edilib.


***

14:06

Ordubad rayonunda bir ailə qəzaya düşüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

69-BF-289 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı avtomobildə olan bir ailənin 4 üzvü, Ordubad rayon Qoşadizə kənd sakinləri 36 yaşlı Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 9 yaşlı Tağıyev Vüqar Tural oğlu və 9 yaşlı Tağıyeva Səma Tural qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, həmçinin polis əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar