Oğlunu kafeyə gətirən ana yoxa çıxdı, 5 gün sonra "morq"da tapdılar
08 dekabr 2023 12:33 (UTC +04:00)

Oğlunu kafeyə gətirən ana yoxa çıxdı, 5 gün sonra "morq"da tapdılar

Sankt-Peterburqda 45 yaşlı qadın oğlunu kafeyə aparandan sonra yoxa çıxıb. Qadını beş gün axtarıblar.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qadın dekabrın 1-də oğlunu dostları ilə görüşmək üçün kafeyə aparıb. Oğlan dostları ilə vaxt keçirib, sonra anasını tapa bilməyib və atasına zəng edib.

Qohumları və polis qadının axtarışına çıxıb. İtkin düşən qadının dostu bildirib ki, o, itkin düşən gün saat 16:22-də onunla danışıb. Söhbətdə qəribə və ya qeyri-adi heç nə görməyib.

Bir həftəyə yaxın qadını axtarıblar. Axtarışın beşinci günündə o, meyitxanada tapılıb. Məlum olub ki, kafedə onun halı pisləşib və təcili yardım maşınında dünyasını dəyişib. Əvvəllər qadının ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir. 

Qohumları, pis vərdişi olsa da, səhhətində heç bir problem yaşamadığını deyiblər. Belə ki, o, yalnız çox siqaret çəkirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3996
avatar

Oxşar yazılar