Nigeriyalı futbolçulara görə axtarışa verilən DANIŞDI:  "Onların mənə borcu var" - YENİLƏNİB
18 mart 2022 18:04 (UTC +04:00)

Nigeriyalı futbolçulara görə axtarışa verilən DANIŞDI: "Onların mənə borcu var" - YENİLƏNİB

Nigeriyalı futbolçuları Bakıya gətirib aldatmaqda təqsirləndirilən Musa İsmayılov axtarışa verilməsi ilə bağlı xəbərə münasibət bildirib.

Bu barədə Lent.az-a açıqlama verən M.İsmayılov həmin futbolçulara qarşı dələduzluq etmədiyini bildirib: “Əksinə, o futbolçuların Nigeriyadakı klubunun mənə 32 min dollar borcu var.  2017-ci ildə Nigeriyadakı klubların birindən müqavilə əsasında bir neçə futbolçunu Bakıya gətirdik. Burada təlimlər və yoldaşlıq oyunları keçirildi. Klublarımızdan biri onlardan ikisini bəyənərək, müqavilə bağladı. Bizim Nigeriyadakı klubla müqaviləmizə görə, həmin ölkənin futbolçuları burada 15 gün qalmalı idilər. Lakin onlar həmin klubun səhlənkarlığı ucbatından burada 6 ay qalmalı oldular. Nigeriyalı futbolçuları Nərimanov rayonundakı “Altus” otelində yerləşdirdim. Onların bütün xərclərini mən çəkirdim. Klub mənə olan borcunu ödəmədi deyə otelin də haqqını ödəyə bilmədim”. 

M.İsmayılov məhz “Altus” otelinin sahibi tərəfindən şikayət olunduğunu dilə gətirib: “Mənə qarşı şikayətləri “Altus” otelin sahibi təşkil edib. İndi Bakıda deyiləm, bayramdan sonra gəlib axtarışa verilməyimlə bağlı müvafiq quruma yaxınlaşacam. Nigeriyadakı klubla aramızda olan bütün müqavilələr əlimdədir”.  

***

saat 14:07

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs axtarışa verilib.

Lent.az-ın məlumatına görə, Azərbaycan hüquq-mühafizə orqanları 43 yaşlı İsmayılov Musa Hüseyn oğlu barəsində axtarış elan ediblər.

O, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, M. İsmayılov Nigariyadan olan 6 futbolçunu Azərbaycandakı futbol klublarına transfer edəcəyi vədi ilə aldadaraq onların külli miqdarda pulunu ələ keçirib. Niyyətini reallaşdırmaq üçün o, həmin futbolçuları paytaxtın Nərimanov rayonundakı otellərdən birində  yerləşdirib. Bir müddət sonra əcnəbi idmançılar aldadıldıqlarını başa düşüblər və Musa İsmayılovla bütün əlaqələrini itiriblər.

Aparılmış araşdırmalarla M. İsmayılovun digər şəxslərə qarşı da müxtəlif üsullarla dələduzluq etdiyi aşkar edilib.

Axtarış elanı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5250
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45