Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri  həbsxanadan buraxıldı
28 sentyabr 2022 20:19 (UTC +04:00)

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri həbsxanadan buraxıldı

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, sabiq nazir bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən azad olunub.

Qeyd edək ki, ötən gün Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərovun cəzası 6 il 9 ay 20 günə endirilib.

Həmin müddət də başa çatdığı üçün təqsirləndirilən şəxsin dərhal azad olunması ilə bağlı qərar çıxarılıb.

# 3840
avatar

Oxşar yazılar