Naxçıvanda "Qazel"lə toqquşan mopedçi öldü
27 may 2023 18:03 (UTC +04:00)

Naxçıvanda "Qazel"lə toqquşan mopedçi öldü

Şərurda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə mayın 26-da saat 17 radələrində Şərur rayonu ərazisində baş verib. Rayon sakinləri A.Əliyevin idarə etdiyi mopedlə S.Nəzərlinin idarə etdiyi “QAZ-3302” markalı avtomobil toqquşub və nəticədə mopedçi hadisə yerində ölüb.

Şərur rayon Polis İdarəsində araşdırma aparılır.

# 2139
avatar

Oxşar yazılar