Narkotik çəkən sürücü polisə müqavimət göstərdi
18 oktyabr 2021 12:31 (UTC +04:00)

Narkotik çəkən sürücü polisə müqavimət göstərdi

Oktyabrın 12-də saat 11 radələrində Ucar rayonu ərazisində Mingəçevir şəhər sakini O.Nəsibzadənin idarə etdiyi “Hyundai” markalı avtomobil yerləşdirmə qaydasını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları saxlayıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Sənədlərini tələb etdikdə o, avtomobilə əyləşmək və yüksək sürətlə hərəkətini davam etdirməklə avtoxuliqanlıq edib.

Görülmüş tədbirlərlə o, Bakı-Qazax yolunun 231-ci km-də saxlanılıb. Bu zaman avtomobildən düşüb polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərib.

Sürücü və sərnişini olan həmyerlisi R.Salmanov saxlanılaraq Ucar rayon Polis Şöbəsinə təhvil veriliblər.

Ucar rayon Polis Şöbəsində avtomobilə baxış zamanı oradan bıçaq, marixuana və metamfetamin aşkar edilərək götürülüb.

O.Nəsibzadə Ucar rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı, 334.3-cü və 511.1.3-cü maddələri ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb və  30 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1263
avatar

Mehman Nəbiyev

Oxşar yazılar