Narkotik çəkən   avtobus sürücüsü saxlanıldı
27 may 2024 12:18 (UTC +04:00)

Narkotik çəkən avtobus sürücüsü saxlanıldı

Mayın 23-də saat 18 radələrində Abşeron rayonu ərazisində yerləşən postda manevr qaydasını pozan “Daewoo” markalı avtobusun sürücüsü Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sürücü Mirdamət Nəbiyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan polis əməkdaşları tərəfindən onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Nəbiyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Arzu Qurbanlı

Oxşar yazılar