Müdafiə Nazirliyinin sabiq baş zabiti HƏBS EDİLDİ
28 may 2022 13:46 (UTC +04:00)

Müdafiə Nazirliyinin sabiq baş zabiti HƏBS EDİLDİ

Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

O, ötən gün saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

# 2382
avatar

Oxşar yazılar