Moped yük avtomobilinə çırpıldı-Ölən var
28 may 2023 10:40 (UTC +04:00)

Moped yük avtomobilinə çırpıldı-Ölən var

Bakıda moped sürücüsü qəzada ölüb.

Lent.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Əliyev Rasim Güləli oğlu idarə etdiyi qara rəngli “FY-FLT” markalı moped ilə Zirə qəsəbəsi ərazisində hərəkətdə olarkən 2001-ci il təvəllüdlü Rəşad Elşan oğlunun idarə etdiyi və yolun kənarında avtoservisin qarşısında dayanmış “Ford Transit” markalı yük avtomobilinin arxa sağ yan tərəfinə çırpılıb.

Nəticədə moped sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

# 1791
avatar

Oxşar yazılar