Mingəçevirdə yaşayış binasında partlayış  zamanı ana və qızı xəsarət aldılar -YENİLƏNİB -FOTO
16 yanvar 2022 23:58 (UTC +04:00)

Mingəçevirdə yaşayış binasında partlayış zamanı ana və qızı xəsarət aldılar -YENİLƏNİB-FOTO

Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzildə məişət qazının sızması nəticəsində (ilkin ehtimal) yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Lent.az-ın FHN-ə istinadla xəbərinə görə, hadisə nəticəsində mənzilin mətbəxinin tavanı yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin arakəsmə divarları və pəncərələri dağılıb. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb. Xəsarət alan şəxslər TTTY briqadası tərəfindən xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 

 

***

23.38

Mingəçevir şəhərinin mərkəzində, Axundov küçəsi-16 ünvanında yerləşən bir evdə partlayış olub.

Lent.az-ın xəbərinə görə, partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.
Partlayış nəticəsində evdə olan 1987-ci il təvəllüdlü Aytən Xudiyeva əl və sinə nahiyəsindən onun qızı Zeynəb Əliyeva isə əl və üz nahiyələrindən 1-ci və 2 ci dərəcəli yanıq xəsarətləri alıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkim briqadaları gəlib.
Partlayış nəticəsində binanın əksər ev və eyvanları da yararsız hala düşüb.

# 1344
avatar

Oxşar yazılar