Məşhur aktrisa 15-ci mərtəbədən yıxılıb ÖLDÜ
20 iyun 2022 17:13 (UTC +04:00)

Məşhur aktrisa 15-ci mərtəbədən yıxılıb ÖLDÜ

Türkiyəli aktrisa Yonca Türkman evinin eyvanından yıxılaraq həyatını itirib.

Lent.az xəbər verir ki, hadisə iyunun 19-da səhər saatlarında İstanbulda baş verib.

Yonca Türkman Qaziosmanpaşada 15-ci mərtəbədəki mənzilindən yıxılıb. Qadını yerdə hərəkətsiz vəziyyətdə görən ətrafdakı vətəndaşlar vəziyyəti polisə və sağlamlıq qruplarına xəbər verib. 

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yerdə hərəkətsiz qalan şəxsin öldüyünü müəyyən ediblər. Müayinələrdən sonra həyatını itirən qadının 47 yaşlı Yonca Türkman olduğu müəyyənləşib. 

Türkmanın cəsədi Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, həyatını itirən aktrisa Yonca Türkmanın daha əvvəl də bir çox seriallarda rol alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3147
avatar

Fidan İlqar

Oxşar yazılar