Rusiyanın paytaxtı Moskvada mənzildə 82 yaşlı ər-arvadın meyitləri tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, qocalar təxminən üç həftə əvvəl Osenni bulvarındakı mənzillərində ölüblər.
Lakin onlar yalnız dünən - qonşunun polisə qəribə qoxu ilə bağlı şikayətindən sonra tapılıb. Mənzilin qapısı açıq olub.
Qadının meyiti tualetdə, kişinin meyiti isə otaqda yerdə tapılıb. Onların ölüm səbəbi müəyyənləşdirilir.