Məktəbli özündən yaşca böyük kişini bıçaqladı
28 yanvar 2023 23:52 (UTC +04:00)

Məktəbli özündən yaşca böyük kişini bıçaqladı

Şəkidə 11-ci sinif şagirdi  özündən 12 yaş böyük şəxsi bıçaqlayıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Şəki şəhər sakinləri olan 2006-cı il təvəllüdlü Yəhyə Məmmədov və 1994-cü il təvəllüdlü Xəyyam Adışirinov arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib. 

Mübahisə zamanı Şəki şəhər məktəblərindən birinin 11-ci sinif şagirdi olan Y. Məmmmədov üzərində olan bıçaqla X. Adışirinova xəsarət yetirib. Hadisə zamanı bıçaq xəsarəti alan X.Adışirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

Hadisəni törətməkdə şübhəli sayılan məktəbli Y.Məmmədov Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
Faktla bağlı Şəki ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.
 

# 1989
avatar

Oxşar yazılar