Məktəbli bıçaqla  yatan nənə və babasına   hücum etdi
31 may 2023 14:21 (UTC +04:00)

Məktəbli bıçaqla yatan nənə və babasına hücum etdi

Moskva vilayətində gecə saat ikidə 14 yaşlı məktəblinin hücumuna məruz qalan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə Şçemelinki kəndindəki fərdi evdə baş verib. 8-ci sinif şagirdi qəfildən bıçaqla 59 yaşlı nənəyə, 60 yaşlı babaya və 84 yaşlı ulu nənəyə hücum edib. Təqaüdçülər bunun öhdəsindən gəlib təcili yardım çağırıblar. Nəticədə nənələr mədə və çiynindən, baba isə döş və bud nahiyəsindən yaralarla xəstəxanaya çatdırılıb.

Şagird atası istintaq təcridxanasına göndərildikdən sonra 2022-ci ildən babası və nənəsi ilə yaşayır. Anası oğlunun tərbiyəsində iştirak etmir. Hadisədən sonra polis bıçaq, balta, telefon və planşet götürüb. İndi oğlanın niyə qohumlarını öldürməyə cəhd etdiyi araşdırılır.

# 1527
avatar

Oxşar yazılar