“McDonald's”da zəhərlənmə  - Bir nəfər öldü, 10 nəfər xəstəxanaya yerləşdirildi
23 oktyabr 2024 06:07 (UTC +04:00)

“McDonald's”da zəhərlənmə - Bir nəfər öldü, 10 nəfər xəstəxanaya yerləşdirildi

ABŞ-da “McDonald's” fast food şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər isə xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

"Oktyabrın 22-nə olan məlumata görə, 10 ştatda “E. coli O157:H7” ştammı ilə bağlı 49 hadisə qeydə alınıb", - məlumatda deyilir.

Mərkəzin məlumatına görə, ilk hallar sentyabrın 27-də qeydə alınıb. 28 yoluxmuş şəxs haqqında rəsmi məlumat mövcuddur. Bakteriyanın yaratdığı hemolitik-uremik sindromun inkişafı nəticəsində Koloradoda bir nəfər ölüb.

Epidemioloji məlumatlara görə, “McDonald's”-a gələn qonaqlar “Kral Çizburgeri”ndən zəhərləniblər. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2847
avatar

Oxşar yazılar