Maska taxmayanlara maska paylanır
23 dekabr 2020 12:42 (UTC +04:00)

Maska taxmayanlara maska paylanır

Maska ilə bağlı növbəti reyd - FOTO

Siyəzəndə karantin qaydalarına nəzarətlə bağlı reyd keçirilib.

Daxili işlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində açıq havada, eləcə də ticarət mərkəzlərində, aptek və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə bağlı reydlər keçirir, onlara COVID-19 infeksiyasının fəsadları və tibbi maskadan istifadənin zəruriliyi bərədə məlumat verirlər. 
Keçirilən reydlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozmaqda davam edən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. 

Bundan əlavə, insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında polis əməkdaşları xidmət apararaq, sosial məsafənin gözlənilməsinə nəzarət edir, tibbi maskadan istifadə etməyən sakinlərə maska paylayırlar.

Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin inspektorları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, onlara marşrut avtobuslarında və taksilərdə tibbi maskadan istifadə edilməsinin vacibliyi barədə məlumatlar da verirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2353

Oxşar yazılar

Bakıda 19 yaşlı qız binadan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxıldı

24 may 2025 , 22:35
Bakıda FACİƏ : sürət qatarı piyadanı vurub öldürdü

Bakıda FACİƏ: sürət qatarı piyadanı vurub öldürdü

24 may 2025 , 21:37
Bakıda kişi yaşadığı evdə ölü tapıldı

Bakıda kişi yaşadığı evdə ölü tapıldı

24 may 2025 , 19:44
Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın  ələ keçirildi

Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın ələ keçirildi

24 may 2025 , 17:52
Mehdiabadda "Opel"i oğurladılar

Mehdiabadda "Opel"i oğurladılar

24 may 2025 , 16:56
Azərbaycanda tələbə faciəvi şəkildə  öldü

Azərbaycanda tələbə faciəvi şəkildə öldü

24 may 2025 , 16:18
Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI

Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI

24 may 2025 , 15:54
Abşeronda evdən 10 minlik  OĞURLUQ

Abşeronda evdən 10 minlik OĞURLUQ

24 may 2025 , 14:51