Qazaxda avtomobildən külli miqdarda partlayıcı maddə aşkarlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Qazax rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçiriblər. Nəticədə 1-ci Şıxlı kənd sakini N.Qocayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı sərnişini R.Mustafayevə məxsus 120 min 288 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.