Lənkəranın  icra başçısı   ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI
04 mart 2025 17:30 (UTC +04:00)

Lənkəranın icra başçısı ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI

Lənkəran rayon İcra Hakimiyyətinin başçısına sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Nüşabə Ağayeva zərərçəkən Taleh Qaraşovun məhkəməyə çağırılmasını istəyib:

“Cinayət işinə baxdıqda görürük ki, təqsirləndirilən şəxs ağır maddələrlə ittiham olunur. Qarşı tərəfin nə özü, nə də müdafiəçisi prosesdə iştirak edir. Xaricdə də deyillər, ölkədədirlər. Gəlib prosesdə iştirak etsinlər”.

Dövlət ittihamçısı zərərçəkmişin ibtidai istintaqa verdiyi ifadənin elan olunmasını istəyib.

Məhkəmə zərərçəkmişin prosesdə iştirak etməsi üçün bildiriş göndərilməsi ilə bağlı qərar qəbul edib.

Proses aprelin 1-də davam etdiriləcək.

Xatırladaq ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.(APA)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1378

Oxşar yazılar

Gəncədə qudalar arasında QANLI DAVA:  Ağır yaralananlar var

Gəncədə qudalar arasında QANLI DAVA: Ağır yaralananlar var

3 iyun 2025 , 05:12
Abşeronda məktəblilər arasında  DAVA: yaralanan var

Abşeronda məktəblilər arasında DAVA: yaralanan var

2 iyun 2025 , 23:31
Sumqayıtda 3 maşın TOQQUŞDU:  yaralılar var

Sumqayıtda 3 maşın TOQQUŞDU: yaralılar var

2 iyun 2025 , 23:02
Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

2 iyun 2025 , 22:43
Goranboyda "BMW"  alışıb yandı

Goranboyda "BMW" alışıb yandı

2 iyun 2025 , 20:28
Dəhşətli cinayət:  İtləri zorlayan kişilər  tutuldu

Dəhşətli cinayət: İtləri zorlayan kişilər tutuldu

2 iyun 2025 , 19:33
Astarada tələbə dənizdə boğuldu  -YENİLƏNİB

Astarada tələbə dənizdə boğuldu -YENİLƏNİB

2 iyun 2025 , 19:18
Sumqayıtda FACİƏ:  Kişi qonaq getdiyi qadının evində öldü

Sumqayıtda FACİƏ: Kişi qonaq getdiyi qadının evində öldü

2 iyun 2025 , 18:54