Lənkəranda yolu keçən kişini maşın vurub öldürdü
23 fevral 2024 23:17 (UTC +04:00)

Lənkəranda yolu keçən kişini maşın vurub öldürdü

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şağlaser kəndində qeydə alınıb.

Kənd sakini, Əsgər Səyadullanın idarə etdiyi "Mercedes 190" markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən piyada, 1959-cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisəni törədən Ə.Səyadulla şübhəli şəxs qismində saxlanılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3879
avatar

Oxşar yazılar