Koronavirus xəstəsinə cinayət işi açıldı
08 dekabr 2020 10:19 (UTC +04:00)

Koronavirus xəstəsinə cinayət işi açıldı

Göyçayda koronavirus xəstəsi yaşadığı evi tərk edib.

Göyçay rayon Prokurorluğundan Lent.az-a verilən məlumata əsasən, rayon sakini 32 yaşlı Məmmədov Xası Sabirşad oğlunun COVID-19 virusu ilə bağlı test analizinin nəticəsi pozitiv olsa da, xüsusi karantin rejiminə əməl etməyib. O, həmin müddəti evdə keçirməli olduğu halda, dekabrın 7-də yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub xəstəliyin yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Göyçay rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696
avatar

Mehman Nəbiyev

Oxşar yazılar