"Kontakt Home" yenə məhkəməyə verildi: bu dəfə..
07 sentyabr 2021 18:21 (UTC +04:00)

"Kontakt Home" yenə məhkəməyə verildi: bu dəfə..

“ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti (Kontakt Mağazalar şəbəkəsi) məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, MMC-nin gömrük qaydalarını pozduğu aşkarlanıb. Buna görə də, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Tərtib olunan protokol baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. İş hakim Ruaf Daşdəmirovun icraatına verilib.

Xatırladaq ki, həmin maddə əsasında “Kontakt Home”u 1500 manat cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3954
avatar

Mehman Nəbiyev

Oxşar yazılar