Kəlbəcərdə QƏZA:  ölən var - FOTO
23 noyabr 2022 10:38 (UTC +04:00)

Kəlbəcərdə QƏZA: ölən var - FOTO

Kəlbəcərdə ölümlə nəticələnən qəza olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, hadisə rayonun Bağlıpəyə kəndində qeydə alınıb:

"Noyabrın 18-də Kəlbəcər rayon Bağlıpəyə kəndi ərazisində Bakı şəhər sakini, 50 yaşlı Tağıyev Fariz Rəhim oğlunun idarə etdiyi frontal yükləyici aşıb. Nəticədə sürücü dünyasını dəyişib.

Faktla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar aparılır".

Fariz Tağıyev

# 3285
avatar

Mehman Nəbiyev

Oxşar yazılar