Keçmiş məhkum yanacaqdoldurma məntəqəsini belə aldatdı
01 noyabr 2021 13:45 (UTC +04:00)

Keçmiş məhkum yanacaqdoldurma məntəqəsini belə aldatdı

Qobustan rayon Polis Şöbəsinə oktyabrın 29-da şəhər ərazisində yerləşən iki yanacaqdoldurma məntəqəsində yanacaq müqabilində saxta əskinas verilməsi barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının apardığı araşdırmalarla müəyyən edilib ki, həmin gün gecə saat 3 radələrində avtomobillə yanacaqdoldurma məntəqələrinə gələn sürücü birinci məntəqədə operatora 15 manat dəyərində yanacaq müqabilində 200 manatlıq əskinas verərək 185 manat, ikinci məntəqədə isə 20 manat dəyərində yanacaq müqabilində 100 manatlıq əskinas verərək 80 manat geri alıb. Sonradan həmin əskinasların saxta olması aşkar olub.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinasları verməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Salayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4071
avatar

Mehman Nəbiyev

Oxşar yazılar