Keçmiş ərini öldürüb parçaladı -  DƏHŞƏTLİ QƏTL
07 dekabr 2022 07:20 (UTC +04:00)

Keçmiş ərini öldürüb parçaladı - DƏHŞƏTLİ QƏTL

Rusiyanın İrkutsk şəhərinin Oktyabrski rayon məhkəməsi 60 yaşlı yerli sakini həbs edib.

Lent.az “Gazeta.ru” saytına istinadən xəbər verir ki, o, keçmiş ərini öldürməkdə təqsirli bilinib.

Məhkəmə onun barəsində 6 il həbs qərarı çıxardıb.

Məhkəmə müəyyən edib ki, bu ilin mart ayında bir qadın keçmiş əri ilə mübahisə edib və onun başına balta ilə üç zərbə vurub. 

Kişi yerindəcə dünyasını dəyişib.

Cinayətin izlərini gizlətmək üçün qadın meyiti parçalara ayırıb. O, qalıqların bir hissəsini sobada yandırıb, bir qismini isə evin hasarından kənara atıb.

Aprelin 13-də qadın polisə ərizə yazıb ki, birlikdə yaşadığı 62 yaşlı keçmiş əri itkin düşüb.

Polis həyətdə qan, yaxınlıqda isə insan cəsəd qalıqları tapıb. Qadın törətdiyi cinayəti etiraf edib.
 

# 3027
avatar

Oxşar yazılar