Keçmiş deputatın  meyiti   tapıldı
06 dekabr 2023 19:17 (UTC +04:00)

Keçmiş deputatın meyiti tapıldı

Moskva vilayətində Ali Radanın keçmiş deputatı İlya Kivanın meyiti tapılıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, deputatın son fəaliyyəti onun Telegram kanalında Zelenskinin Vaşinqton tərəfindən nə şəxsi, nə də ailəsi üçün təmin edilən təhlükəsizlik zəmanətlərinə inanmaması barədə yazı olub,. O, iddia edib ki, təxliyə planı çoxdan hazırlanıb və işlənib.

Noyabrın 27-də İlya Kiva Ukrayna rəhbəri Vladimir Zelenski və Ukrayna ordusunun baş komandanı Valeri Zalujnını Rusiya ilə danışıqları qəsdən gecikdirməkdə ittiham edib və Ukrayna Baş Prokurorluğundan cinayət işi açmağı tələb edib.

Moskva vilayətində tapılan Ali Radanın keçmiş deputatı İlya Kivanın meyitində ilkin olaraq heç bir xarici xəsarət aşkar edilməyib. Bu barədə dekabrın 6-da hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin məlumatına görə, meyit Zveniqorod yaxınlığındakı Suponino kəndində fərdi evdə aşkar edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14493
avatar

Oxşar yazılar