Keçmiş deputat küçədə öldü
06 may 2025 14:10 (UTC +04:00)

Keçmiş deputat küçədə öldü

Rusiya Dövlət Dumasının birinci çağırış deputatı Viktor Talanov Sankt-Peterburqun Krasnoqo Kursanta küçəsindəki evinin yaxınlığında yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 5 gün əvvəl 74 yaşını qeyd edən deputat qəfil özünü pis hiss edərək, yıxılıb. Yoldan keçənlər onun üçün təcili yardım çağırıblar. Gələn həkimlər Talanovu xilas edə bilməyiblər.

Məlumata görə, millət vəkili xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd olunur ki, 90-cı illərin əvvəllərində Talanov Demokratlar Partiyasının Sankt-Peterburq şöbəsinə rəhbərlik edib və Şimal-Qərb Siyasi Texnologiyalar Mərkəzinin prezidenti olub. O, həmçinin Rusiya Psixoloqlar Cəmiyyətinin üzvü olub və 50-dən çox elmi əsər yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar