“Kahı” formasına salınmış külli miqdarda narkotik vasitə aşkar edildi
15 yanvar 2024 11:36 (UTC +04:00)

“Kahı” formasına salınmış külli miqdarda narkotik vasitə aşkar edildi

Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına tərəvəz yükü daşıyan nəqliyyat vasitəsində qeyri-adi üsullarla gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü üzərində, avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanınan bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı isə yükdə şübhəli cizgilər müşahidə olunub.

Bu zaman nəqliyyat vasitəsindəki 22 paletdə olan “kahı” yükünə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması keçirilib.

Nəticədə paletlərdən birindəki 30 ədəd qablaşmada falqaya bükülərək kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən germetik qablaşdırılmış 209 ədəd bağlamada külli miqdarda narkotik vasitələr aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən bağlamalarda xalis çəkisi 69 kq 970 qram narkotik vasitə - qurudulmuş marixuana və 20 kq 870 qram narkotik vasitə - həşiş qətranı olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3861

Oxşar yazılar

Mahmudağa Mamudzadə

Bakıda prokuror VƏFAT ETDİ

19 iyun 2025 , 14:25
Ucar sakinini ilan sancdı

Ucar sakinini ilan sancdı

19 iyun 2025 , 14:04
Ramiz Duyğun dəfn edildi  -YENİLƏNİB

Ramiz Duyğun dəfn edildi -YENİLƏNİB

19 iyun 2025 , 14:00
David Manukyan minalarla bağlı sorğu-sual edildi

David Manukyan minalarla bağlı sorğu-sual edildi

19 iyun 2025 , 13:57
Binəqədidə narkokuryerlik edən tiktoker  saxlanıldı -VİDEO

Binəqədidə narkokuryerlik edən tiktoker saxlanıldı -VİDEO

19 iyun 2025 , 13:50
Gəncədə meyiti tapılan yeniyetmə ilə bağlı YENİ FAKT - YENİLƏNİB

Gəncədə meyiti tapılan yeniyetmə ilə bağlı YENİ FAKT - YENİLƏNİB

19 iyun 2025 , 10:45
70 kiloqram qızılla  tutulan hərbi attaşedən YENİ XƏBƏR

70 kiloqram qızılla tutulan hərbi attaşedən YENİ XƏBƏR

19 iyun 2025 , 10:30
Ağdamda 67 yaşlı kişi evində ölü tapıldı

Ağdamda 67 yaşlı kişi evində ölü tapıldı

19 iyun 2025 , 09:50