Kafeni qumarxanaya çevirənlər 15 min manat  cərimələndi - FOTO
30 sentyabr 2022 17:29 (UTC +04:00)

Kafeni qumarxanaya çevirənlər 15 min manat cərimələndi - FOTO

Şirvanda kafedə qumar oynayanlar cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən kafelərin birində beş nəfərin qumar oynaması aşkarlanıb. Araşdırmalarla həmin şəxslərin Şirvan şəhər sakinləri Elşən Səfərov, Elxan Mirzəyev, Rauf Nərimanov, Elman İsmayılov və Sabirabad rayon sakini Fuad Hüseynov olduqları müəyyən edilib. Qaydaları pozaraq qumar oynayan beş nəfər, eləcə də kafeni icarə əsasında işlədən şəhər sakini Yaşar Mirzəliyev saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şəhər Polis Şöbəsində E.Səfərov, E.Mirzəyev, R.Nərimanov, E.İsmayılov və F.Hüseynov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib və onların hər biri 3000 manat məbləğində cərimə olunub.

Obyekti icarə əsasında işlədən Y.Mirzəliyev barəsində isə İstintaq Bölməsində araşdırmalar aparılır.

# 2439
avatar

Oxşar yazılar

Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43