Kafedə həmkəndlisinin QANINI TÖKDÜ
01 may 2021 10:40 (UTC +04:00)

Kafedə həmkəndlisinin QANINI TÖKDÜ

Qaxda 58 yaşlı kişi həmkəndlisini bıçaqlayıb. 

Lent.az xəbər verir ki, hadisə rayonun Güllük kəndindəki kafedə baş verib. 

Güllük kənd sakini, 1963-cü il təvəllüdlü Sərvər Osmanov şəxsi münaqişə zəminində  həmkəndlisi, 1987-ci il təvəllüdlü Namiq Musayevin bud nahiyəsindən bıçaqlayıb.

Polisin keçirdiyi əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Osmanov saxlanılıb. Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Oxşar yazılar