İstirahət günlərinin "YOL TERRORU":  9 nəfər öldü
18 oktyabr 2021 11:26 (UTC +04:00)

İstirahət günlərinin "YOL TERRORU": 9 nəfər öldü

Respublikanın daxili işlər orqanları tərəfindən ötən həftəsonu törədilən 62 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 43 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Mehman Nəbiyev

Oxşar yazılar