Respublikanın Daxili İşlər orqanları tərəfindən ötən həftəsonu törədilən 65 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə əlaqəli 40 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.