İranlılar Azərbaycana narkotik gətirməkdən ƏL ÇƏKMİRLƏR
21 oktyabr 2024 10:53 (UTC +04:00)

İranlılar Azərbaycana narkotik gətirməkdən ƏL ÇƏKMİRLƏR

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Bolqarıstan Respublikasına “şüşə” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindəki yatağın içərisində xüsusi düzəldilmiş bölmədə gizlədilən 7 bükümdə ümumi təmiz çəkisi - 1 kq 508,075 qram narkotik vasitə - qurudulmuş marixuana və 24 bükümdə  ümumi təmiz çəkisi - 7 kq 882,581 qram narkotik vasitə - həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519
avatar

Oxşar yazılar