İndi də hinduşka təhlükəsi...
06 dekabr 2020 18:28 (UTC +04:00)

İndi də hinduşka təhlükəsi...

İngiltərədə hinduşkalarda quş qripi aşkarlanıb.

Lent.az-ın xəbərinə görə, bu barədə “Sun” qəzeti İngiltərənin Ətraf Mühiti Mühafizə üzrə Nazirliyə istinadən məlumat yayıb.

Ölkənin şimalındakı Norfolk qraflığındakı hinduşka fermasında quş qripi aşkarlanıb, 30 min hinduşka məhv edilib. Bundan əvvəl isə keçən həftə Şimali Yorkşirdə fermada quş qripi aşkarlanıb, 10,5 min hinduşka məhv edilib.

Hazırda Norfolk qraflığındakı fermalarda infeksiyanın mənbəyini və xəstəliyin fermalarda hansı müddətdir ki, yayıldığını müəyyənləşdirmək üçün araşdırma aparılır.

İngiltərədə fermalarda hinduşkalarda aşkarlanan quş qripinin ştamının hazırda Avropada çöl quşları arasında yayılan quş qripi ilə əlaqəli olduğu da təsdiqini tapıb.

Qeyd edək ki, hinduşka Böyük Britaniyada Yeni il süfrəsində ən məşhur yeməklər sırasında yer alır. Hinduşkalar arasında quş qripinin yayılması ilə əlaqədar onların məhv edilməsi Yeni ildə ərzaq mağazalarında hinduşka əti çatışmazlığına yol aça bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9050
avatar

Oxşar yazılar