Başqırdıstanda evdə baş verən yanğın zamanı 6 nəfər ölüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Davlekanovski rayonunun Vperyod kəndində baş verib. Ölənlərdən beşinin uşaq olduğu qeyd olunur.
İlkin məlumatlara görə, yanğın gecə saatlarında ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində asma tavanın yanması nəticəsində başlayıb.
Xilasedicilər yanan evdən 5 uşağın – 2017 və 2019-cu il təvəllüdlü üç qız, eləcə də 2021-ci il təvəllüdlü iki oğlanın meyitlərini aşkar ediblər. 33 yaşlı kişi də yanğının qurbanı olub.
Yanğınsöndürənlər gələn zaman açıq yanma müşahidə edilməyib. Fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına beş mütəxəssis və iki texnika cəlb olunub.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.