İki qadına atəş açıb  özünü də güllələdi
09 sentyabr 2024 18:51 (UTC +04:00)

İki qadına atəş açıb özünü də güllələdi

Mersinin Tarsus rayonunda 36 yaşlı Çetin Gençay mübahisə etdiyi qadınlardan 25 yaşlı Feriye Gözüala  tapança ilə atəş açaraq öldürüb və digər 25 yaşlı Hamiyet G.ni yaralayıb. Gençay da eyni silahla öz həyatına son qoyub.

Lent.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, hadisə axşam saatlarında Yeni Məhəllədə baş verib. İddiaya görə, Çetin Gençay naməlum səbəbdən Feriye Gözüala və Hamiyet G. ilə mübahisə edib.

Mübahisə böyüyərkən Gençay əlindəki silahla hər iki qadına atəş açıb.
Gözüala hadisə yerində həyatını itirərkən, Hamiyet G. xəstəxanaya aparılıb.

Hadisə yerindən uzaqlaşan Gençay 100 metr aralıda eyni silahla başına atəş açaraq həyatına son qoyub.

Hadisə ilə bağlı başladılan istintaq davam edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Oxşar yazılar